Silah çəkildiyini təsdiqlədi: “Oğlumu özüm cəzalandıraram”
Bizi izləyin

İdman

Silah çəkildiyini təsdiqlədi: “Oğlumu özüm cəzalandıraram”

Bir ildir gündəmdən düşməyən “silah çəkmək” hadisəsi ilə bağlı ilk dəfə təsdiqləyici açıqlama verilib.

Publika.az xəbər verir ki, futbolçu Hakan Çalhanoğlunun atası Hüseyn Çalhanoğlu, Gökhan Törenin oğluna və Ömərə silah çəkdiyindən danışıb və tənqid edib.

Futbolçunun atası hadisə ilə bağlı bunları deyib:

“Biz bu barədə Fatih Terimdən bir açıqlama gözləyirik. Məşqçinin baş verən bütün hadisələrdən xəbəri var. Fatih müəllimin oğlunu biri silahla vurmağa cəhd edərsə, nə olar? Mən də bir atayam. Fatih müəllimin zəng etməyini umardım. Bu hadisəni qarşısını almaq üçün bir cəhd etməsini gözləyərdim. Amma Fatih Terim 1 ildir susur. Bu hadisədən milli komandanın zərər görməməsi üçün susduq, danışmadıq, məşqçinin zəng etməyini gözlədik. Mənim oğlum belə bir hərəkət edərsə, ilk öncə mən ona lazım olan dərsi verərdim, Fatih Terimə buraxmazdım, özüm cəzalandırardım. Amma bunda o, səssiz qaldı. 1 il keçdi. Yenə eyni mövzular...

Fatih Terim heç bir açıqlama verməyib. Ona çox üzüldük”.

Hakan ilə Ömərin silah hadisəsindən sonra "Biz bir daha onunla eyni komandada oynamarıq" deməsi də növbəti iddianın ortaya atılmasına səbəb olub. Belə ki, onların zədəli olmalarını bəhanə edərək millinin heyətinə qəsdən çıxmadığı deyilir. Ata Çalhanoğlu bu məsələyə belə aydınlıq gətirdi:

“Hakanın milli komandaya qatılmamasının bununla əlaqəsi yoxdur. Biz heç bir zaman milli formadan qaçmarıq. Onsuz da mənim oğlum həmişə fədakarlıq edib. Zədəli-zədəli də oynayıb. Hakan hazırda zədəli olduğu üçün milli komandaya qatıla bilmədi”.

Xatırladaq ki, 2013-cü il oktyabrın 15-də Hollandiya ilə baş tutacaq matçdan öncə “Le Meridien” otelində "Beşiktaş"lı Gökhan Törenin komanda yoldaşları Hakan Çalhanoğlu və Ömər Topraka silah çəkdiyi iddia edilmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm