Dağıstandan Azərbaycana gətirilənlər – FOTOLAR
Bizi izləyin

İdman

Dağıstandan Azərbaycana gətirilənlər – FOTOLAR

Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçirilib.


Məşqçilər David Kurtsiya və Nazim Əlicanovun rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimizdən ikisi fəxri kürsüdə yer alıb.

74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov və 125 kq çəkidə təmsilçimiz Əli İsayev bürünc medala sahib olub. Komanda hesabında güləşçilərimiz Rusiyadan sonra ikinci sırada qərarlaşıb.

Bundan əlavə, Dağıstanın Buynak rayonunda İ.X.Şıxsaidovun adına sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya yollanan güləşçilərimiz 1 dəst medal qazanıb.

Ən ağır çəkili pəhləvanların yarışında finalda Azərbaycan təmsilçiləri qarşılaşıb. Cəmaləddin Məhəmmədov komanda yoldaşı Əli Maqomedabirovla qarşılaşıb və qalib gələrək turnirin qızıl medalına sahib olub. Əli Maqomedabirov isə gümüş medala yiyələnib.

Turnirin bürünc medalını isə yığmamıza 74 kq çəki dərəcəsində mübarizə aparan Mircəfər Murtuzlu qazandırıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm