Tərbiyəsiz cavaba görə cəzalandı – “Ananı gətir, o daha yaxşı …”
Bizi izləyin

İdman

Tərbiyəsiz cavaba görə cəzalandı – “Ananı gətir, o daha yaxşı …”

İngiltərə millisinin keçmiş üzvü Rio Ferdinand diskvalifikasiya edilib.

Publika.az xəbər verir ki, hazırda KPR-in şərəfini qoruyan Rio fikirlərinə yiyəlik edə bilmədiyinə görə cəzalanıb.

İngiltərə Futbol Assosiasiyası "twitter"də qeyri-etik ismarıc yazdığına görə Ferdinandı üç oyunluq yaşıl meydanlardan uzaqlaşdırıb. Təcrübəli müdafiəçi, eyni zamanda, 30 min avroluq pul cəriməsi ödəyəcək.

35 yaşlı oyunçu sosial şəbəkədə onu tənqid edən bir izləyicisinə belə tərbiyəsiz cavab yazıb: “Ananı gətir, o daha yaxşı oynayır”.

Daha sonra futbolçu həmin rəyi silib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm