• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Droqba "Qalatasaray"a: “Uşaq-muşaqlarla işim yoxdur”

  • İdman
  • 30 Oktyabr 2014 14:58
  • 710 Baxış
Droqba "Qalatasaray"a: “Uşaq-muşaqlarla işim yoxdur”

“Qalatasaray”a olduğu vaxtlarda klubun ulduzuna çevrilmiş Didye Droqba mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, o, “sarı-qırmızılı” klubdakı vaxtlarından danışıb, daxildəki problemləri açıb-töküb:

“"Mən peşəkar futbolçuyam. "Qalatasaray"ı çox sevdim. Bəli, peşəkar futbolçuyam, amma sadəcə pul üçün futbol oynayıb ailəmdən uzaq qala bilmərəm. Ailəmdən uzaq qalıb futbol oynamaq üçün müsbət şərtlər içərisində olmalıyam, özümü xoşbəxt hiss etməliyəm. Komandadakı dostlarla heç bir sıxıntımız yox idi. Mənim üzümə gəlib heç kim heç nə demədi. Həmişə dedi-qodu etdilər. Meydanda məni tək buraxdılar. "Çelsi"də də hər kəsin fərqli dostları vardı. Amma komandamız bir idi və ona birlikdə sahib çıxırdıq. "Qalatasaray"da isə özünü peşəkar adlandıran, uşaq ruhlu futbolçular vardı. Onların oyunu fərqli idi. Futbol ciddi bir oyundur və zəka tələb edir. Mənim uşaq oyunlarına ayıracaq vaxtım, çox təəssüf ki, yox idi.

Mançini ilə problemlərimiz oldu. Məni anlamadı, ya da anlamaq istəmədi. Mənə komandada ötürmə vermirdilər. Özünə dedim. 'Bilirəm, görürəm. Amma bir şey edə bilmərəm "dedi.

Fatih Terim ilə ünsiyyət problemi vardı. İstefaya göndərilməsini mənimlə bağladı. Məni azarkeşlərin önünə atmağa çalışdı, mənim rəhbərlə görüşümdən sonra istefaya göndərildiyini düşündü. Mən Didye Droqbayam, Ünsiyyətciləm, istəyən hər kəslə görüşürük. Yaxşı və ya pis oynadığımı masajçıdan, tərcüməçidən eşitmək məcburiyyətində deyiləm.

Prezident həmişə nəsə deyir, sonra ortadan yox olurdu. Problemləri gördüyünü düşündüm. Hətta məncə görürdü, amma həll etmək üçün heç bir hərəkət etmədi. "Qalatasaray"ı bir oyuncaq kimi görürdü. Mən də özümü oyuncaq körpə kimi hiss etməyə başladım. Məncə, bütün seçimləri səhv idi. Onun etdiklərinin komanda üzərində müsbət bir təsiri olduğunu düşünmürəm. “Qalatasaray” böyük potensiala sahibdir. Amma içindəkilər bunun fərqində deyil. Ya da bu böyük potensialdan hər kəs özünə düşəni qoparmağa çalışır. Ümid edirəm, bir gün "Qalatasaray"la yollarımız bir daha kəsişər. O potensialı, o gücü bilən insanlarla birlikdə "Qalatasaray"ı layiq olduğu yerə gətirmək istəyirəm. "Qalatasaray" tərəfdarlarına çox təşəkkür edirəm. Komandanı ən yaxşı onlar təmsil edir. Bizi istər meydanımızda, istərsə səfərdə heç tək buraxmadılar”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR