“Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi
Bizi izləyin

İdman

“Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi

Premyer Liqanın XIV turunda “Sumqayıt”ı qəbul edən AZAL 3-2 hesablı qələbə qazandı.

Publika.az-ın məlumatına görə, oyundan sonra mətbuat konfransı keçirən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov buları söyləyib:

"Futbolçularıma təşəkkür edirəm ki, belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər. “Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi. Limit məsələsinə görə müəyyən dəyişikliklər etməli idik. Düşünürəm ki, bugün ilk hissədə hər iki komandanın ifasında mübarizəli oyun görmədik. Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu vurduqdan sonra komandanı bir qədər geri çəkdim. Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda yaxalayıb 4-cü qolu vurmaq idi. Çoxdandır ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Qarşıda bizi “Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm