I Millətlər Liqası 2018-ci ildən başlayır - UEFA təsdiqlədi
Bizi izləyin

İdman

I Millətlər Liqası 2018-ci ildən başlayır - UEFA təsdiqlədi

UEFA-nın İcraiyyə Komitəsi Millətlər Liqasının formatını və təxmini təqvimini təsdiqləyib.

Komanda.az xəbər verir ki, 2018-ci ildə start götürəcək turnir yoldaşlıq oyunlarının çox hissəsini əvəz edəcək. İki ildən bir keçiriləcək liqa oyunlarının yoldaşlıq oyunlarından daha maraqlı olacağı gözlənilir.

İlk Millətlər Liqası 2018-ci ilin sentyabrında start götürəcək. Komandalar 4 divizionda mübarizə aparacaq. Komandalar reytinqə görə paylanacaq: A (12 komanda), B (12), C (14) və D (16). Hər divizionda 4 qrup olacaq. Qrup qalibləri yüksək diviziona vəsiqə qazanacaq. Qrup sonuncuları səviyyəcə aşağı diviziona düşəcək. 2019-cu ilin iyununda divizion qalibləri arasında pley-off oyunları keçiriləcək. Və bundan sonra Millətlər Liqasının qalibi müəyyənləşəcək.

ML-nın divizionlarındakı son vəziyyətə görə də Avropa çempionatının növbəti seçmə mərhələsi üçün səbətlər müəyyənləşəcək. Bundan başqa, qrup qaliblərinin birbaşa Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqə əldə etməsi variantı da planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm