Tarixə düşmək istəyən əfsanəvi idmançımız Yaponiyada – FOTOLAR
Bizi izləyin

İdman

Tarixə düşmək istəyən əfsanəvi idmançımız Yaponiyada – FOTOLAR

İkiqat paralimpiya çempionumuz İlham Zəkiyev Yaponiyada təlim-məşqlərini davam etdirir.

Publika.az xəbər verir ki, 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarında mübarizə aparmaq üçün seçilən əfsanəvi idmançı davamlı məşqlərlə formasını qorumağa çalışır. 2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu aktivinə növbəti titulunu yazdırmaq fikrindədir.

O yarışla bağlı belə açıqlama verib: “Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin təmsilçisi kimi seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki, ilk çempion kimi tarixə düşəcəyəm”.

Qeyd edək ki, İlham Zəkiyev turnirdə Azərbaycanı təmsil edən yeganə paralimpiyaçı cüdoçudur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm