Oğuz Çətin yeni işə başladı
Bizi izləyin

İdman

Oğuz Çətin yeni işə başladı

“Xəzər Lənkəran”la yollarını ayıran baş məşqçi Oğuz Çətin yeni vəzifəyə təyin olunub.

Publika.az-ın məlumatına görə, türkiyəli məşqçi "TRT Spor" kanalında "Futbol arenası" verilişində ekspert kimi fəaliyyətini davam etdirəcək.

O, sabiq futbolçu və hakim Ərman Toroğlu ilə birgə Superliqada keçirilən qarşılaşmaları dəyərləndirəcək.

Xatırladaq ki, Çətin Topaz Premyer Liqasının son turundan sonra istefa ərizəsini klub prezidentinə təqdim edib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm