Neymar İstanbulda
Bizi izləyin

İdman

Neymar İstanbulda

“Barselona”nın braziliyalı ulduzu Neymar İstanbula səfər edib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçunun qardaş ölkəyə səfəri “International Royal Cup” turniri ilə bağlıdır.

22 yaşlı futbolçunun Atatürk Hava Limanındaykən axsadığı diqqətlərdən yayınmayıb. Buna dünən onun La Liqanın son turunda "Atletiko" ilə oynadıqları matçda (3:1) aldığı zədə səbəb olub.

Neymar hava limanında heç bir açıqlama verməyib. Avtomobilə minərək oradan uzaqlaşan Neymar təşkilatla bağlı mətbuat konfransı keçiriləcək Beşiktaşdakı otelə yollanıb.

"International Royal Cup"a Neymarın komandası "Instituto Projeto Neymar JR"-la yanaşı, "Beşiktaş", "Qalatasaray" və "River Pleyt" də qatılacaq. Görüşlər yanvarın 16-18-də “Alanya Oba” Stadionunda baş tutacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm