İdman
Reynaldo "Qarabağ"ın tarixinə düşdü
“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Topaz Premyer Liqasında 30-cu qolunu vurub.
Peşəkar Futbol Liqasından Publika.az-a verilən məlumata görə, son 3
turda meydanı qolsuz tərk etməyən cənubi amerikalı ardıcıl 3-cü
dəfə komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. AZAL və
“Simurq”un ardından “Neftçi” ilə görüşün də taleyini həll edən 26
yaşlı hücumçu mövsümdə 6-cı qolunu vurub.
Azərbaycan çempionatında debüt etdiyi 2012/2013-cü il mövsümündə
9 oyunda 2, ötən çempionatda 31 matçda 22 dəfə rəqib qapılarına yol
tapan Reynaldo 30-cu qolunu 53-cü matçında vurub.
Premyer Liqadakı bütün qollarını eyni klubun – “Qarabağ”ın
heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O,
bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran
legioner adına yiyələnib. Reynaldo Ağdam klubunda 29 çempionat qolu
vuran Georgi Adamiyanı arxada qoyub. Reynaldo Adamiyanı “Qarabağ”ın
Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da
çıxarıb.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı