İdman
Prosineçki: “Yenilərdən razı qaldım”
Antalyadakı təlim-məşq toplanışında təşkil olunan yoxlama oyununda Ukraynanın "Şaxtyor" klubuna 1:2 hesabıyla məğlub olan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki debüt matçıyla bağlı fikirlərini bildirib.
Publika.az xəbər verir ki, xorvat çalışdırıcı komandasının oyunundan razı qaldığını deyib:
"Şaxtyor" Avropanın ən güclü klublarından biridir. Birinci hissəni çox yaxşı keçirtdik. Məşq və oyun tamamilə fərqlidir. Bu oyunda futbolçuların nəyə qadir olduğunu gördüm. Oyundan razı qaldım. Cəmi üç gündür birgəydik. Bu, çox az müddətdir. Hələ çox işləməliyik.
Komandanın hər bir üzvü özünü göstərməyə çalışdı, ötürmələrlə oynadı, top saxladı, mübarizə apardı. Düzdür, ikinci hissədə rəqib bizim top saxlamağımıza imkan vermədi. İnanıram ki, gələcəkdə daha yaxşı oyun nümayiş etdirəcəyik.
Yenilərdən razı qaldım. Antona gəlincə, bir daha qeyd etmək istəyirəm ki, biz onu gələcək üçün hazırlayırıq. O, öz üzərində daha çox çalışmalıdır. Belə olan halda bir neçə ildən sonra millinin sol cinah müdafiəçisi baxımından problemi olmayacaq. Bütövlükdə, bütün gənc oyunçulardan razı qaldım".
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi