AOƏK Polşanın Polsat şəbəkəsi ilə yayım sazişi imzalayıb
Bizi izləyin

İdman

AOƏK Polşanın Polsat şəbəkəsi ilə yayım sazişi imzalayıb

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (AOƏK) bu yay keçiriləcək birinci Avropa Oyunlarının Polşada yayımını təmin etmək üçün Polsat idman kanalı ilə saziş imzalayıb.

Sazişə əsasən Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan Polsat Avropa Oyunlarını hər gün azı altı saat müddətində, o cümlədən, gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm Açılış və Bağlanış Mərasimləri nümayiş etdiriləcək.

Digər mühüm üstünlüklərlə yanaşı, Polsat UEFA Avropa Təsnifat Yarışlarının, UEFA Avropa Kubokunun (2016), Uimbldon tennis turnirlərinin, Şosse velosiped üzrə dünya çempionatının (2015), 2015-ci və 2017-ci illərdə Polşada keçiriləcək Avropa Voleybol Çempionatlarının və Kişi Avropa Həndbol Çempionatının (2016) yayımını təmin edən yeganə kanaldır.

Avropa Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq bildirib: "Birinci Avropa Oyunlarının Polsat və Polsat Sport kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyi xəbəri məni çox sevindirdi. Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçı auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik".

Bununla da Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ABŞ, Çin və Ərəb ölkələri daxil olmaqla dünyanın 53 ölkəsində yayımlanmasını təmin edəcək sazişlərin bağladığını elan etmiş oldu.

Polsat kanalının idman departamentinin rəhbəri cənab Pyotr Paykel deyib: "Avropa Oyunları beynəlxalq idman təqvimində son 50 ildə keçirilmiş ən mühüm tədbirlərdən biridir və bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq. Polsat vasitəsi ilə Bakı 2015 yarışlarını Polşaya yayımlamaq üçün bizə verilən ekslüziv hüquqla fəxr edirik və səbirsizliklə möhtəşəm 17 günlük yarışların yayımlanacağını gözləyirik".

Polşa Milli Olimpiya Komitəsinin prezidenti cənab Andjey Kraşnitski əlavə edib: "Avropa Oyunları idman dünyasında mühüm bir hadisədir və ən az 12 idman növü üzrə idmançılara Olimpiya oyunlarına təsnifat imkanı verəcək. Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandır və Polsat kanalı vasitəsilə bu cür tədbirin yayımlanacağı xəbərini duymaq çox xoşdur".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm