İdman
"Pantera" hədəfini açıqladı
Qazaxıstanın böyüklərdən ibarət karate milli komandası iki gündür ki, idmançılarımızla birgə təlim-məşq keçir. Azərbaycan karateçiləri ilə 10 günlük birgə hazırlıqlara bütün komponentlər - fiziki, texniki və taktiki məşqlər daxildir.
Ölkəmizə tam heyətlə gələn Qazaxıstan idmançılarını qarşıda Asiya çempionatı gözləyir. Küveytdə keçiriləcək məsul yarışa son hazırlıqları Azərbaycan milli komandası ilə keçirən qonaqlar Bakıdan birbaşa yarışa yollanacaqlar. Karateçilərimizin növbəti yarışları isə martda respublika çempionatı və İstanbulda WKF-in Premyer Liqa turniri olacaq.
Qeyd edək ki, həmin turnirdə “pantera” ləqəbi ilə tanınan dünyaca məşhur idmançı Rafael Ağayev də iştirak edəcək. O bir necə ay öncə dizindən ağır əməliyyat olunmuşdu. Artıq məşqlərə başlayan idmançı böyük turnirə hazırlaşır.
Rafael Ağayev keçiriləcək yarışla bağlı Publika.Az-a danışdı. O, uğur qazanacağına inanır:
“Zədəli olduğum dönəmdə mənə yardımçı olanlara təşəkkürmü bildirirəm. İndi beynəlxalq turnirə hazırlaşırıq. Bu görüşdə inanıram ki, qızıl medal qazanacağam”.
Daha sonra idmançımız bizimlə söhbəti zamanı Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına da toxundu:
“Düzdür bu da vacib yarışlardandır. Amma ən vacib olan Avropa Olimpiya oyunlarıdır. Bütün gücümlə çalışacağam ki, o turnirdə bayrağımızı dalğalandırım.
Çünki Azərbaycanımın bayrağı daim yüksələrə qalxamalıdır. Buna görə də ən böyük arzum 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarınn qalibi olmaqdır. Öz vətənimdə xalqımı sevindirmək böyük duyğudur məncə. Bizim çox güclü komandamız var və təkcə mən yox bütün komandamız dünyada istənilən ölkəyə qalib gələ biləcək gücdədir”.
Aygün İlqarqızı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO