Qəbələdə dramatik oyun olacaq
Bizi izləyin

İdman

Qəbələdə dramatik oyun olacaq

Azərbaycan Premyer Liqasının 29-cu turunda keçiriləcək 4 oyundan biri Avroliqaya vəsiqə baxımından böyük əhəmiyyət daşıyır. Turnir cədvəlində 4-cü pillədə qərarlaşan “Qəbələ” evində ən yaxın izləyicisi, iki xal gerisində olan “Simurq”u qəbul edəcək.

Publika.az xəbər verir ki, bu gün “Simurq”la qarşılaşacaq “Qəbələ” oyunun hazırlığını başa vurub. “Qırmızı-qaralar” oyunöncəsi son məşqini də doğma arenada keçirib. Roman Qriqorçukun yetirmələri daha çox toplu çalışmalara üstünlük verib. Braziliyalılar Rafael Santos və Dodo, həmçinin rumıniyalı Aleksandru Benqa istisna olmaqla, bütün futbolçular hazırlıqda iştirak edib. Belə ki, yüngül zədədən sonra bərpa prosesi keçən Rafael və Aleksandru fərdi məşqlə kifayətlənib. Zədədən sonra hələ məşqlərə başlamayan Dodo isə çalışmalara qatılmayıb.

“Simurq”un düşərgəsində də yüksək əhval-ruhiyyə hökm sürür. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevdən aldığımız məlumata görə, zaqatalalılar “Qəbələ” tam heyətlə gəlib.

Qeyd edək ki, aprelin 9-da keçiriləcək “Qəbələ” – “Simurq” oyunu saat 19:00-da başlayacaq. Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm