Olimpiya mükafatçımız İsveçə gedir
Bizi izləyin

İdman

Olimpiya mükafatçımız İsveçə gedir

Olimpiya mükafatçımız İsveçə gedir

Martın 1-2-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək.

Publika.Az-ın Güləş Federasiyasından aldığı məlumata görə, qadın güləşi üzrə yığma komandamızın 4 üzvü turnirdə iştirak edəcək.

Kiyevdə Ukrayna yığma komandası ilə təlim-məşq toplanışını bu gün tamamlayacaq güləşçilərimiz sabah İsveçə yola düşəcəklər. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək. Həmçinin bu güləşçilər arasında olimpiya mükafatçısı Mariya Stadnik (48 kq) də var.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm