• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Real" "Şalke"yə "toy" tutdu, İstanbulda "sülh" bağlandı"

  • İdman
  • 27 Fevral 2014 02:26
  • 967 Baxış
"Real" "Şalke"yə "toy" tutdu, İstanbulda "sülh" bağlandı"

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Publika.az xəbər verir ki, bu gecə bu mərhələnin son iki oyunu keçirilib.

Qarşılaşmalardan biri İstanbulda baş tutub və "Qalatasaray" "Çelsi"ni qəbul edib. "Türk Telekom Arena"dakı oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 9-cu dəqiqədə Fernando Torres açıb. 65-ci dəqiqədə isə Aurelien Çedyu fərqlənərək bərabərliyi təmin edib.

Günün ikinci oyununda isə "Şalke 04" dünyanın ən güclü klublarından biri olan "Real"ı qonaq edib. "Veltins-Arena"dakı matçda azarkeşlər 7 qol izləyib və İspaniya təmsilçisi rəqibinə divan tutub - 6:1. "Real"ın heyətində Kərim Bənzema, Qaret Beyl və Kriştiano Ronaldo dubl edib. "Şalke 04"ün yeganə qoluna isə Klaas Jan Huntelaar imza atıb.

Qeyd edək ki, bu mərhələnin 6 oyunu bundan əvvəl baş tutub. PSJ "Bayer"i 4:0, "Atletiko" "Milan"ı 1:0, "Borussiya" (Dortmund) "Zenit"i 3:2, "Olimpiakos" "Mançester Yunayted"i, "Barselona" "Mançester Siti"ni, "Bavariya" isə "Arsenal"ı 2:0 hesabı ilə yenib.

Çempionlar Liqası

1/8 final

İlk oyunlar

26 fevral

Qalatasaray (Türkiyə) - Çelsi (İngiltərə) 1:1

Qollar: Aurelien Çedyu, 65 - Fernando Torres, 9.

Qalatasaray: Fernando Muslera, Aleks Telles, Aurelien Çedyu, Hakan Balta (Semih Kaya, 46), Emmanuel Ebue, Felipe Melo, Selcuk İnan, Uesli Sneyder, İzet Hayroviç (Yekta Kurtuluş, 31), Didye Droqba (Umut Bulut, 80), Burak Yılmaz.

Ehtiyat oyunçular: Ufuk Ceylan, Sabri Sarıoğlu, Ceyhun Gülselam, Emre Çolak.

Baş məşqçi: Roberto Mançini.

Çelsi: Petr Çex, Branislav İvanoviç, Hari Kahill, Con Terri, Cesar Azpilikueta, Ramires, Frank Lempard, Eden Hazard (Oskar, 90+2), Villian, Fernando Torres (Samuel Eto`O, 68), Andre Şkürrle (Con Obi Mikel, 67).

Ehtiyat oyunçular: Mark Şvarzer, Eşli Koul, Tomaş Kalas, Demba Ba.

Baş məşqçi: Joze Mourinyo.

Sarı vərəqələr: Selcuk İnan, 57 - Con Terri, 42. Andre Şkürrle, 57. Ramires, 58. Petr Çex, 61.

Baş hakim: Karlos Velasko Karballo (İstanbul).

İstanbul. "Türk Telekom Arena".

Şalke 04 (Almaniya) - Real (İspaniya) 1:6

Qollar: Klaas Jan Huntelaar, 90+1 - Kərim Bənzema, 13; 57. Qaret Beyl, 21; 69. Kriştiano Ronaldo, 52; 89.

Şalke 04: Ralf Fahrmann, Benedikt Hovedes, Felipe Santana, Soel Matip, Sead Kolasinaç (Kristian Fuçs, 76), Maks Meyer, Kevin-Prinse Boatenq (Leon Qoretzka, 60), Julian Draksler, Roman Neustadter, Cefferson Farfan (Çinedu Obasi, 72), Klaas Jan Huntelaar.

Ehtiyat oyunçular:Timo Hildebrand, Tim Huqland, Kiriakos Papadopulos, Adam Szalay.

Baş məşqçi: Jens Keller.

Real: İker Kasilyas, Pepe, Serxio Ramos, Marselo, Daniel Karvajal, Qaret Beyl (Jese Rodriges, 80), Xabi Alonso (Asyer İllarramendi, 73), Luka Modriç, Angel Di Maria (İsko, 68), Kriştiano Ronaldo, Kərim Bənzema.

Ehtiyat oyunçular:Dieqo Lopes, Rafael Varane, Fabio Koentrao, Alvaro Arbeloa.

Sarı vərəqələr: Benedikt Hovedes, 63. Klaas Jan Huntelaar, 72 - Angel Di Maria, 29.

Baş məşqçi: Karlo Ançelotti.

Baş hakim: Hovard Uebb (İngiltərə).

Qelsenkirçen. "Veltins-Arena".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR