Məsut Özil aprel ayının ən yaxşısı seçildi
Bizi izləyin

İdman

Məsut Özil aprel ayının ən yaxşısı seçildi

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, ötən ayın ən yaxşısı "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil seçilib. Türkəsilli alman oyunçu səsvermədə “Aston Villa”nın futbolçusu Kristian Benteke, “Lester”dən Esteban Kambiasso və “Çelsi”dən Eden Hazardı qabaqlayıb.

Qeyd edək ki, M.Özil bu mövsüm 26 matçda oynayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm