Olimpiya Oyunlarına vəsiqə verən yarışların tarixi açıqlanıb
Bizi izləyin

İdman

Olimpiya Oyunlarına vəsiqə verən yarışların tarixi açıqlanıb

XXXI Yay Olimpiya Oyunları 2016-cı il 5-21 avqust tarixində Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək.

Publika.az xəbər verir ki, Olimpiya Oyunlarında güləşçilər hər növ üzrə 6 çəki dərəcəsində mübarizə aparacaqlar.

Sərbəst güləş: 57, 65, 74, 86, 97, 125;

Yunan-Roma güləşi: 59, 66, 75, 85, 98, 130;

Qadın güləşi: 48, 53, 58, 63, 69, 75;

Ümumilikdə, 18 çəki dərəcəsində sərbəst və yunan-Roma güləşinin hər biri üzrə 114, qadın güləşi üzrə isə 108 idmançı Olimpiya qızılı uğrunda mübarizə aparacaq.

Güləş idman növündə Yay Olimpiya Oyunlarına ilk vəsiqələr 7-12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində keçiriləcək Dünya çempionatında qazanılacaq. Dünya çempionatında Olimpiadada iştirakı nəzərdə tutulan hər çəki dərəcəsində ilk beşlikdə qərarlaşan güləşçilər Rioya vəsiqəni təmin etmiş olacaq.

İlk cəhddə vəsiqə qazana bilməyən ölkələr və idmançıların qitə və dünya təsnifat turnirlərində mübarizə aparmaq şansı olacaq. Azərbaycan güləşçiləri üçün bu yarışlar 2016-cı ilin 15-17 aprelində Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan-Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.

Yığma komandalarımızın qarşısında duran məqsəd maksimum sayda vəsiqə qazanıb növbəti Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil etməkdir.

Xatırladaq ki, müstəqil Azərbaycanın güləş yığma komandası indiyə qədər qatıldığı Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ünün əyarı qızıldır. Olimpiya medallarından 5-i gümüş, 5-i isə bürünc əyarlıdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm