Məşhur “Goal” saytı Tofiq Bəhramov barədə reportaj hazırlayıb
Bizi izləyin

İdman

Məşhur “Goal” saytı Tofiq Bəhramov barədə reportaj hazırlayıb

İtaliyanın məşhur “Goal” idman saytında dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovla bağlı reportaj yerləşdirilib.

Reportajda T.Bəhramovun həyatından, karyerasından, Azərbaycanın futbol tarixində önəmli yer tutmasından bəhs olunur. Bildirilir ki, 1966-cı ildə Londonda keçirilmiş futbol üzrə dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar ilə o, futbol tarixində qəhrəman kimi yaddaşlara həkk olundu.

Diqqətə çatdırılır ki, Azərbaycan idmanının fenomeni hesab olunan T.Bəhramov dünya futbolunun ən məşhur hakimlərindən biri kimi tarixə düşüb. Onun Azərbaycan futbolunun formalaşmasında böyük töhfəsi olub. Azərbaycanda T.Bəhramovun adı ilə bağlı bir sıra turnirlər keçirilir və məşhur hakimin xatirəsi daim əziz tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm