“Erməniyə qalib gəlmək böyük uğurdur”
Bizi izləyin

İdman

“Erməniyə qalib gəlmək böyük uğurdur”

İlk Avropa Oyunlarının sərbəst güləş yarışlarında 61 kq çəki dərəcəsində Azərbaycana bürünc medal qazandıran pəhləvanımız Hacı Əliyev mətbuat qarşısına çıxıb.

Publika.az xəbər verir ki, idmançımız bürünc medalı özü üçün yaxşı nəticə hesab edib:

"Çempion ola bilməsəm də, bürünc medal mənim üçün pis nəticə deyil. Sevinirəm ki, medalsız qalmadım. Xalqımızın qarşısında erməni idmançısına qalib gəlməyim elə mənim üçün böyük uğurdur. Bakıda mən və qardaşım Yaşar bu yarışlarda erməni idmançılarına qalib gəldik. Bu bizim üçün böyük uğurdur".

Daha sora idmançıməz bunun əvəzini dünya çempionatında çıxmaq istədiyini deyib:

"İnşallah qarşıdan gələn yarışlara, xüsusən də dünya çempionatına hazırlaşacağıq. Çalışacağıq ki, burada buraxdığımız səhvləri orada buraxmayaq və qızıl medalı qazanaq.

Bundan əvvəl rus idmançısı ilə güləşmişdim və qalib gəlmişdim. Amma sağlamlığımda müəyyən problemlər olduğuna görə, xüsusən dizimdən zədə aldığıma görə, halsızlıq var idi. Bu da özünü görüşdə göstərdi. Çalışacağam ki, dünya çempionatında bunun əvəzini çıxım".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm