• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Avropa Oyunlarının ikiqat çempionu olmağı çox istədim"

  • İdman
  • 21 İyun 2015 21:14
  • 225 Baxış
"Avropa Oyunlarının ikiqat çempionu olmağı çox istədim"

Birinci Avropa Oyunlarına çox güclü idmançılar gəlib. Olduqca gərgin mübarizə getdi. Çox istərdim ki, Avropa Oyunlarının ikiqat çempionu olum.

Bu sözləri kişilər arasında 10 metrlik məsafədən pnevmatik tüfəngdən atəşaçma üzrə birinci Avropa Oyunlarının çempionu, habelə 50 metrlik məsafədən üç vəziyyətdə (diz üstündə, uzanaraq, ayaq üstdə) kiçikçaplı tüfəngdən atəşaçma üzrə bürünc mükafatçısı Belarus atleti Vitali Bubnoviç AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Belarus idmançısı deyib: “Azərbaycan birinci Avropa Oyunlarına çox yaxşı hazırlaşıb. Atletlər Kəndində idmançılar üçün yaradılmış şərait də xoşuma gəlir. İdman zalları ən müasir trenajorlarla təchiz olunub, yeməkxana gecə-gündüz işləyir, orada Avropanın müxtəlif xalqlarının gözəl yeməkləri təklif olunur. Azərbaycan mətbəxi daha çox xoşuma gəldi. İdman tikililəri arasında Bakı Atıcılıq Mərkəzini xüsusi qeyd etmək istəyirəm. Təəssüf ki, güclü məşqlər getdiyinə görə hələ Bakı ilə daha yaxından tanış olmağa vaxt tapmamışam. Yəqin ki, yaxın günlərdə buna imkan olacaq.”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR