Bakı-2015 Serbiya mətbuatında – FOTOLAR
Bizi izləyin

İdman

Bakı-2015 Serbiya mətbuatında – FOTOLAR

Serbiya mətbuatı artıq neçə gündür ölkəmizin paytaxtında keçirilən ilk Avropa Oyunlarından yazır.

Publika.az xəbər verir ki, bu ölkənin bir sıra media orqanları manşet xəbərlərini Bakı 2015-ə həsr ediblər. Bu ölkənin aparıcı idman saytlarından olan “belgrade2016.rs” əsas xəbərini “Bakıdan Serbiya üçün qızıl medal” başlığı ilə verib.

Məqalədə finalda fərqlənən əsas idmançıların adları qeyd edilib. Ölkə mətbuatı habelə Bakının Avropa Oyunlarına mütəşəkkil ev sahibliyi etdiyini vurğulayıb.

Qeyd edək ki, Birinci Avropa Oyunlarında kişilər arasında su polosu yarışlarının qalibi Serbiya milli komandası olub. Finalda İspaniya yığması ilə qarşılaşan Serbiya millisi gərgin idman mübarizəsi şəraitində rəqiblərini 8:7 hesabı ilə üstələyərək qızıl medallara sahib olublar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm