İKT
Dünyada ən böyük OLED displey yaradılıb
Orqanik işıq diodlarından yığılmış displey Dubaydakı dünyanın ən böyük ticarət kompleksində qurulub.
Publika.az AZƏRTAC-a istinadən bildirir ki, Koreya Respublikasının "LG Electronics" şirkəti 4 voleybol meydançası ölçüsündə nəhəng elektron OLED displey qurub. Bu panel orqanik işıq diodları əsasında yaradılmış ən böyük ekran kimi Ginnesin Rekordlar Kitabına düşüb.
820 ədəd 55 düymlük OLED paneldən yığılmış displey Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük ticarət kompleksi olan "The Dubai Mall"da qurulub.
Hər il təxminən 80 milyon alıcı sözügedən ticarət kompleksinə baş çəkir. 3,65 millimetr qalınlığında olan OLED panellər ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən nəhəng akvariumun üzərində dalğa formasında qurulub.
Nəhəng OLED displeyin eni 50 metr, hündürlüyü 14 metr, ümumi sahəsi isə 700 kvadratmetr təşkil edir. "Nikkei" nəşrinin məlumatına görə, bu ekranın ölçüləri "LG" şirkəti tərəfindən Cənubi Koreyanın İnçxon beynəlxalq aeroportunda qurulmuş displeydən təxminən 7 dəfə böyükdür.
"Business Korea" nəşri yazıb ki, ekranda mövcud olan 1,7 milyard piksel bir xətt üzrə düzülsə, onun uzunluğu 11 kilometr təşkil edəcək.
Keyfiyyətli təsvir və elastikliyi ilə fərqlənən OLED panellər populyarlaşır, smartfon və yüksək səviyyəli televizor istehsalçıları tərəfindən daha tez-tez istifadə olunur.
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...