Bakı-Novorossiysk neft kəmərinin fəaliyyəti bərpa edilib
Bizi izləyin

Ekopublika.az

Bakı-Novorossiysk neft kəmərinin fəaliyyəti bərpa edilib

Bakı-Novorossiysk neft kəmərinin fəaliyyəti bərpa edilib.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

O qeyd edib ki, iyun ayında bu boru kəməri ilə neft ixracının dayandırılmasına səbəb Bakı NEZ-də aparılan təmir işləri olub: “Bunun nəticəsində müəyyən həcmdə neft ehtiyatımız yarandı ki, onun da bir hissəsi Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə nəql edildi. Hazırda bütün boru kəmərləri işlək vəziyyətdədir. İstənilən marşrut üzrə istənilən həcmdə neft ixrac edə bilirik. Bu gündən etibarən Bakı-Novorossiysk kəməri ilə neft ixracı bərpa edilib. İl ərzində bu marşrut üzrə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırırıq. Bakı-Novorossiysk kəməri bizə lazımdır. Bu il ərzində bu kəmərlə təxminən 1,5 milyon barrel neft ixrac ediləcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm