
Bu ilin iyul ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına 2 382,065 min ton Azərbaycan nefti çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,02% azdır.
Məlumata görə, bu həcmin 1 628,822 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib və 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu həcm 1,49% azalıb.
Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 16 991,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,37% çoxdur.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilən gündən 2015-ci il avqust ayının 1-nə qədər Ceyhan limanından 279,46 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.