Azərbaycanın sığorta bazarı 12,5% artıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycanın sığorta bazarı 12,5% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 283,15 milyon manat sığorta haqqı toplanıb.

Publika.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 12,5% çoxdur. 7 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 104,8 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çox olub.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyul aylarında 31 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm