Dövlət idarələrinin qaza və işığa olan borcu açıqlandı
Bizi izləyin

Ekopublika.az

Dövlət idarələrinin qaza və işığa olan borcu açıqlandı

Yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 790,5 milyon kVt.saat elektrik enerjisi, 104,1 min Q.kal istilik enerjisi, 81,4 milyon kub metr təbii qaz, 10,6 milyon kub metr su, 5,9 milyon manatlıq rabitə xidmətlərindən istifadə edilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki,əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istifadə səviyyəsi rabitə xidmətləri üzrə 15,7 faiz, təbii qaz üzrə 13,2 faiz, istilik enerjisi üzrə 5,0 faiz artıb. Elektrik enerjisi üzrə 10,8 faiz, suyun istifadəsi üzrə isə 4,5 faiz azalıb. İstifadə olunan elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 5,2 faiz azalaraq 74,0 milyon manat təşkil edib. İstehlakın ümumi dəyərinin 63,5 faizini elektrik enerjisi, 13,8 faizini su, 10,9 faizini təbii qaz, 8,0 faizini rabitə xidmətləri, 3,8 faizini isə istilik enerjisi olub..

Ən maraqlısı da odur ki, cari ilin altı ayı ərzində büdcə təşkilatları istifadə olunan ehtiyatların ümumi dəyərinin 81,2 faizini ödəməklə 13,9 milyon manatını kəsirdə qoyublar. İstehlak edilmiş elektrik enerjisinin

10,2 milyon manatı, təbii qazın 1,5 milyon manatı, suyun 1,4 min manatı, istilik enerjisinin 496,7 min manatı, rabitə xidmətlərinin 344,3 min manatı ödənilməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm