Azərbaycan investisiya toplantısında təmsil olunub
Bizi izləyin

Ekopublika.az

Azərbaycan investisiya toplantısında təmsil olunub

Aprelin 8-10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 4-cü İllik İnvestisiya Toplantısı keçirilib.

Aprelin 8-10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 4-cü İllik İnvestisiya Toplantısı keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 2011-ci ildən etibarən hər il keçirilən tədbir çərçivəsində konfrans, dövlət rəsmiləri, eləcə də iş adamları arasında ikitərəfli görüşlər və sərgi təşkil olunub.

4-cü İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulub.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin Sumqayıt Kimya Sənaye Parkı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) barədə məlumatlar yerləşdirilib.

Sərgi iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, təşviqat materialları paylanılıb. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm