76 vaqon təmir edilib
Bizi izləyin

Ekopublika.az

76 vaqon təmir edilib

2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuş, görülən işləri yüksək qiymətləndirib.

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra mühüm işlər görülüb. Dövlət Proqramı çərçivəsində dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirən Azərbaycan “Dəmir yolu nəqliyyatı haqqında” Qanun layihəsi Ədliyyə Nazirliyinin rəy və təklifləri nəzərə alınmaqla, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yenidən baxılmış və Nəqliyyat Nazirliyinə təqdim edilib.

5 vaqondan ibarət olan “Ekspress” qatarının vaqonları VEST QAS müəssisəsi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən vaqonlar 2009-cu ilin fevralında əsaslı-bərpa təmiri üçün Slovakiya Respublikasının "Sazvrudki" zavoduna göndərilmiş, 2011-ci il oktyabr ayının 28-də respublikamıza gətirilib. Publika.Az xəbər verir ki, bu barədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov yap.org.az-a aşıqlamasında bildirir.

O deyib ki, istifadədə olan vaqonların təmiri işləri aparılır və bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 60 sərnişin vaqonu, eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərilmiş 16 vaqonu təmir olunaraq Azərbaycana gətirilib Bakı-Tbilisi və Bakı - Moskva istiqamətində xəttə buraxılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə, 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuş, görülən işləri yüksək qiymətləndirib.

Dövlət Proqramının icrası istiqamətində 10 dekabr 2013-cü ildə Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatdı. Bunun da 256 kilometri artıq 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm