Ölkədə nə qədər dövlət qulluqçusu var?
Bizi izləyin

Ekopublika.az

Ölkədə nə qədər dövlət qulluqçusu var?

Bu ilin yanvar ayının 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,7 min nəfər olub.

Publika.az xəbər verir ki, onların 27,7 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 3,7 faizi inzibati vəzifələrin ali 3-cü təsnifatları üzrə, 76,0 faizi 4-7-ci təsnifatları üzrə və 20,3 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 8,4 faizi 1 ilə qədər, 26,3 faizi 1 ildən 5 ilə qədər, 23,6 faizi 5 ildən 10 ilə qədər, 15,4 faizi 10 ildən 15 ilə qədər, 26,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 14,0 faiz, 35-44 yaşda 21,8 faiz, 45-54 yaşda 26,9 faiz, 55-62 yaşda 16,2 faiz, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,9 faizini təşkil edib. İşləyənlərin 48,7 faizi 35-54 yaşda olanlardır.

4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,5 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,3 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,9 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,0 faiz komplektləşdirilib. Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2013-cü ildə 464,0 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm