Türkiyə “TOTAL”ın “Şahdəniz”dəki 10 faizlik payını aldı
Bizi izləyin

Ekopublika.az

Türkiyə “TOTAL”ın “Şahdəniz”dəki 10 faizlik payını aldı

Türkiyə Neft Anonim Ortaqlığı (TPAO) Fransız enerji şirkəti “Total”ın “Şahdəniz” layihəsindəki 10 faiz payını alıb. Beləliklə, hissəsini 19 faizə çatdırıb.

Publika.az xəbər verir ki, baş nazir Tayyib Ərdoğanın da qatıldığı imza mərasimində BOTAŞ-in TANAP layihəsindəki hissəsini 20 faizdən 30 faizə çıxaran razılaşma da əldə edilib. Konkret SOCAR ilə müqavilə imzalanıb. İmza mərasimində Ərdoğan “Şahdəniz” layihəsi ilə bağlı şərh verib:

"TANAP” ilə bağlı razılaşmalar 2012-ci ilin iyununda İstanbulda imzalanmışdı. BOTAŞ-ın TANAP-daki payı 20 faizdən 30 faizə çıxır. “Şahdəniz”dəkı payının 9 faizdən 19 faizə çıxarılması “TPAO” nı böyük ortaq vəziyyətinə gətirib. "TANAP” gələcəyə istiqamətlənmiş layihədir. Ukraynada yaşananlar ölkələr arasındakı həmrəyliyin əhəmiyyətini göstərdi. Ölkəmizin 21 bölgəsindən keçəcək proyektin inşası əsnasında ortaya çıxacaq iqtisadi məxrəci də inkişaf baxımından əhəmiyyətli görürük. “TANAP”i yalnız ticari bir sərmayə kimi dəyərləndirmirik. Türkiyə mövcud fürsətləri konkret proyektlərə çevirmək üçün səylərini davam etdirəcək"

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm