Əhalinin gəlirlərinin 70 faizi son istehlak xərclərinə yönəldilir
Bizi izləyin

Ekopublika.az

Əhalinin gəlirlərinin 70 faizi son istehlak xərclərinə yönəldilir

Bu ilin ilk 5 ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi 3,3 faiz artıb.

Publika.az-ın məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 18,0 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,0 faiz çox vəsait qalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm