Ekopublika.az
SOCAR-ın Türkiyədəki zavodu işə başlayır
İyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat və
sənaye naziri Şahin Mustafayev, ARDNŞ-nin prezidenti Rövnəq
Abdullayev və onları müşaiyət edən şəxslər Türkiyənin İzmir
vilayətində, Əliağa bölgəsində səfərdə olublar.
ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində
onlar ARDNŞ-nin idarəçiliyində olan "Petkim" neft-kimya şirkətinin
müəssisələrinə baş çəkmiş, görülən işlərlə tanış olmuşlar. Nazirə
və şirkət prezidentinə "Petkim"in fəaliyyəti, istehsalat
göstəriciləri və son illərdə əldə etdiyi nailiyyətlər haqqında
ətraflı məlumat verilmişdir. Qonaqlar şirkətin Plastik Qablaşdırma
Fabrikinin açılışında iştirak etmişlər. Daha sonra onlar "Petkim"in
ərazisində inşa olunan konteyner limanında işlərin gedişi ilə tanış
olmuşlar. Bildirilmişdir ki, bu obyekt yaxın illərdə Türkiyənin ən
böyük konteyner limanı olacaqdır. Azərbaycan Respublikasının
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, ARDNŞ-nin
prezidenti Rövnəq Abdullayev və onları müşaiyət edən şəxslər "STAR"
neft emalı zavodunun inşa edildiyi əraziyə də baş çəkiblər.
Burada onlara məlumat verilib ki, təməli Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib
Ərdoğan tərəfindən 2011-ci ildə qoyulmuş "STAR" zavodunun tikintisi
Türkiyədə həyata keçirilən ən böyük investisiya layihələrindən
biridir. İllik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan bu
zavod "Petkim"i xammal ilə təchiz edəcək, məhsullarının çox
hissəsini Türkiyənin daxili bazarında reallaşdıracaq, bir hissəsini
isə Aralıq dənizi və Cənubi Avropa bazarlarına ixrac edəcəkdir.
Zavodda ilk məhsulun 2017-ci ilin sonlarına alınması nəzərdə
tutulur. "STAR" zavodu istismara buraxıldıqdan sonra SOCAR
Türkiyənin üçüncü ən böyük müəssisəsi, enerji sektorunda isə
birinci şirkəti olacaqdır.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova