Tikintidə qiymətlər bahalaşıb
Bizi izləyin

Ekopublika.az

Tikintidə qiymətlər bahalaşıb

İlin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1 faiz bahalaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,1 faiz ucuzlaşma, yol və körpü tikintisində isə 1,4 faiz bahalaşma müşahidə edilib.

Publika.Az xəbər verir ki, cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,5 faiz ucuzlaşıb. İstehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 1,1 faiz bahalaşıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb. 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz ucuzlaşıb. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,6 faiz ucuzlaşma müşahidə olunub. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 1,1 faiz bahalaşıb.Rüb ərzində yol tikintisi üzrə qiymətlər 1,6 faiz, körpü tikintisi üzrə qiymətlər isə 0,1 faiz bahalaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm