Yaşlılar iqtisadi artımı azaldır?
Bizi izləyin

Ekopublika.az

Yaşlılar iqtisadi artımı azaldır?

Dünya iqtisadiyyatı önümüzdəki 20 il ərzində yaşlanan əhali üzündən əhəmiyyətli dərəcədə iflasa uğrayacaq.

Publika.Az-ın məlumatın görə, belə bir bəyanatla kredit dərəcələndirmə təşkilatı “Moody's” çıxış edib. “Moody's ın hesabatına görə, inkişaf etməkdə olan ölkələr xaricində, dünya iqtisadiyyatı sürətlə daralmağa başlayacaq.Bunda da yaşlı əhalinin sayının artması rol oynayacaq.

“Moody's” hesab edir ki, Afrika xaricində bütün ölkələr bu problemlə qarşı-qarşıya qalacaq. Yaşlanmanın ən çox qeydə alındığı inkişaf etmiş ölkələrdə isə iqtisadi artım tempi növbəti 5 il ərzində 0,4 bal olacaq. Bununla belə hər ölkədəki yaşlılıq iqtisadiyyata təsirini fərqli şəkildə göstərəcək.

Qeyd edək ki, hazırda ən çox yaşlı əhaliyə sahib dövlətlər Almaniya, İtaliya və Yaponiyadır. Bu ölkələrdə hər beş adamdan biri 65 yaşındadır.

2030-cu ildə yaşlanan əhali səbəbiylə çətinlik çəkən ölkələrin sayının 34-ə çıxacağı proqnozlaşdırılır. Bu dövlətlərin başında ailə başına bir uşaq siyasətiylə Çinin gələcəyi təxmin edilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm