Ekopublika.az
“Petkim” 55 milyon türk lirəsi gəlir əldə edib
Türkiyənin neft-kimya sənayesində yeganə xammal istehsalçısı olan “Petkim” şirkəti 2014-cü ilin birinci yarısında 55 milyon türk lirəsi (TL) həcmində təmiz gəlir əldə edib.
Publika.az xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 10 dəfə çoxdur. “Petkim” ötən ilin birinci yarısında 5 milyon TL mənfəət əldə etmiş, ilin sonunda isə bu rəqəmi 49 milyona çatdırıb. Bu ilin ilk altı ayı ərzində “Petkim”də istehsal 6% artaraq, 1 milyon 471 tona yüksəlib. Şirkətin istehsal gücünün istifadə əmsalı 9 bənd yüksələrək, 90%-ə çatıb.
“Petkim”in baş direktoru Sadəddin Qorqud neft-kimya bazarında şirkətin məhsullarına tələbatın artdığını bildirib. Bunu nəzərə alaraq etilen və PTA fabriklərində məhsuldarlığın artırılması, istehsalın illik həcminin 3,2 milyon tondan 3,6 milyon tona çatdırılması planlaşdırılır. Yeni istehsal güclərinin yaradılması istiqamətində işlər də uğurla gedir.
Gələn il istifadəyə veriləcək “Petlim” konteyner limanı logistika sahəsində gəlir gətirməyə başlayacaq. İlk fazası 2015-ci ilin sonunda işə salınacaq külək elektrik stansiyasının isə enerji istehsalı və çeşidliliyi artıracağı nəzərdə tutulur.
İqtisadiyyat şöbəsi
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"