Ekopublika.az
Manat dəyərdən düşür - Açıqlama
Ölkədə inflyasiya manatın nominal dəyərinə təsir edib. Son iki ayda manatın dəyərdən düşməsi müşahidə olunur.
Publika.Az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, 2013-cü ilin 1 dolları 2014-cü ilə nisbətən daha çox alıcılıq qabiliyyətinə malik idi: “Dollarda 3 faiz inflyasiya var. Manatda nisbətən çoxdur. Son qiymət artımları manatın inflyasiyasının yüksək olacağını göstərir.Məsələn, bir ay əvvəl 1 manata 3 kqpomidor alırdıqsa hazırda çəki həcmi 1 kq təşkil edir. Bu manatın alıcılıq qabiliyyətinin düşməsi deməkdir”.
O ki qaldı manatın məzənnəsinin qorunması istiqamətində Mərkəzi Bankın atdığı addımlara, V.Bayramov bunu dedi: “Mərkəzi Bank son zamanlar dolların kəskin möhkəmlənməsinin qarşısını almağa çalışır. Bank manatın məzənnəsinin saxlanması istiqamətində vəsait xərcləmir. Amma böhran, təzyiq dövründə manatın məzənnəsinin saxlanması üçün aylıq vəsait xərclənir”.
Rusiya iqtisadiyyatında baş verənlərin milli valyutanın məzənnəsinə necə təsir edəcəyinə gəlincə,V.Bayramov qeyd etdi ki, sanksiyalar inflyasiyaya gətirib çıxarıb: “İnflyasiya ölkə daxilində manatın dəyərinin düşməsinə səbəb olur. Amma manat rubl qarşısında möhkəmlənəcək. Bu da onunla bağlıdır ki, rublun dollara nisbətən məzənnəsi düşdüyündən manata nisbətən də düşəcək. Yəni bir tərəfdən manatın rubla nisbətən məzənnəsi möhkəmlənəcək, digər tərəfdən də Rusiyanın tətbiq etdiyi embarqo səbəbindən daxili bazarda alıcılıq qabiliyyəti düşəcək”.
İqtisadiyyat şöbəsi
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi