Avtomobil benzininin istehlakı artıb - Cədvəl
Bizi izləyin

Ekopublika.az

Avtomobil benzininin istehlakı artıb - Cədvəl

Bu ilin ilk altı ayında ölkədə 1710,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz (44,6 min ton) çox əsas növ neft məhsulları istehlak olunub.

Publika.az xəbər verir ki, istehlak olunan əsas növ neft məhsullarının 39,9 faizini avtomobil benzini, 34,0 faizini dizel yanacağı, 11,2 faizini aviasiya üçün və sair ağ neft, 6,0 faizini neft bitumu, 4,0 faizini maye qaz, 3,9 faizini nafta, 0,6 faizini sürtkü yağları, 0,3 faizini mazut yanacağı, cüzi hissəsini isə neft koksu təskil edib.

Cari ilin birinci yarımilində avtomobil benzininin istehlakı 5,8 faiz, aviasiya üçün və sair ağ neftin istehlakı 5,4 dəfə artıb. Başqa əsas növ neft məhsullarının istehlakı isə azalıb.

Əsas növ neft məhsullarının daxili bazarda istehlakının strukturu:

2014-cü ilin

yanvar-iyun aylarında, min ton

2013-cü ilin

yanvar-iyun aylarında, min ton

Əvvəlki ilin

müvafiq dövrünə nisbətən, faizlə

Cəmi

1710,9

1666,3

102,7

o cümlədən: avtomobil benzini

681,8

644,2

105,8

dizel yanacağı

581,8

644,8

90,2

aviasiya üçün və sair ağ neft

191,5

35,3

5,4 d

nafta

66,9

76,1

87,9

mazut yanacağı

5,7

18,0

31,7

maye qaz

68,7

72,3

95,0

neft koksu

0,7

1,8

38,9

neft bitumu

102,8

150,3

68,4

sürtkü yağları

11,0

23,5

46,8

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm