Xarici ticarətdə 14,4 milyard dollarlıq müsbət saldo yaranıb
Bizi izləyin

Ekopublika.az

Xarici ticarətdə 14,4 milyard dollarlıq müsbət saldo yaranıb

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 137 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçiriblər.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, 103 ölkəyə əmtəə ixrac olunub. 123 ölkədən idxal həyata keçirilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləri olub. Yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 24,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 19,3 milyard dollar, idxalın həcmi 4,9 milyard dollar təşkil edib. 14,4 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 968,1 milyon dollar olub. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 102,8 dollara bərabər qeydə alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm