İpoteka kreditlərinin faizləri artıb
Bizi izləyin

Ekopublika.az

İpoteka kreditlərinin faizləri artıb

İyulda güzəştli ipoteka kreditlərinin verilməsinə dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılıb.

Mərkəzi Bankdan Publika.az-a verilən xəbərə görə, ilin əvvəlindən banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 66,7 milyon manat təşkil edib. İyulda banklar 4,5 milyon manat kredit ayırıblar. AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 68.6 milyon manat olub.

İyulda İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə əməliyyat həyata keçirilməyib. MKT-lər tərəfindən verilən məbləğ 39944.0 manat olub. Ötən illə müqayisədə bu rəqəm azalıb. Belə ki, 2013-cü ildə MKT-lər 42567.0 manat kredit vermişdilər.

Faiz dərəcələrinə gəlincə, cari ilin yeddinci ayında verilmiş kreditlərin müddəti 278 ay, faiz dərəcəsi 6,82 faiz, aylıq ödənişi 318,7 manat olub. Müqayisələr göstərir ki, ipoteka kreditlərinin faizlərində də artım baş verib. 2013-cü ilin müvafiq dövründə faizlər 6,36 idi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm