Dollar qızılı vurdu – RƏY
Bizi izləyin

Ekopublika.az

Dollar qızılı vurdu – RƏY

Valyuta bazarında dollar digər pul vahidlərinə nəzərən son dörd ilin ən parlaq günlərini yaşayır.

Maraqlıdır ki, dollar dəyər qazandığı zamanda qızıl doqquz ayın ən aşağı səviyyəsinə enib.

Publika.az xəbər verir ki, bu fərqli gedişatda bir çox faktor rol oynayıb. Ən böyük səbəb kimi isə Amerika Mərkəzi Bankının (FED) borclanma xərclərinin artacağı istiqamətindəki proqnozları göstərilir. Belə ki, FED-in son komitə toplantısında bankın rəhbəri Janet Yellənil ABŞ-da faiz nisbətlərinin uzun müddət daha sıfıra yaxın qalacağını açıqladı.

Bu uzaqgörənlik dollara olan tələbi artırarkən, qızılın, yəni ənənəvi olaraq ən etibarlı bilinən sərmayə vasitəsinin cazibəsinin zəifləməsinə gətirib çıxardı.

Orta Şərqdə ilk və üçüncü rüb arasındakı dalğalanmalara baxmayaraq, il başından bu yana qızıl alış-verişi sürət qazandı.

Hazırda Bəsrə Körfəzi qiymətli metalın ən çox əl dəyişdirdiyi bölgələr arasında ilk sıralardadır. Bunun səbəbi Orta Şərqdəki sərmayəçilərin əmlak və külçə qızıl sevdası və toy mərasimləridır.

Bu gün qızıl xüsusilə 2008-ci ildəki böhrandan sonra kurs qarşısında daha az volatil görülən sərmayə vasitəsi kimi qəbul edilir. Analitiklər vəziyyəti belə izah edirlər: “Son dövrlərdəki dəyər itkisinin iki səbəbi var. Bunlardan birincisi – Rusiya və Ukrayna arasındakı barış planıyla azalan gərginlikdir. Digər səbəb isə FED-in önümüzdəki il faiz nisbətlərinin yüksələcəyi istiqamətindəki proqnozlarından qaynaqlanan dolların dəyər qazanmasıdır. FED faiz nisbətlərini artırmağı təxirə salsa, qızıl yenidən canlana bilər. Yaxın zamanda qızılın 1.000 dolların altına düşməsi gözlənilmir. Buna görə sərmayəçilər 2015-ci ildə təkrar qızıla geri dönə bilərlər".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm