Təbiətin məhv etdiyi şirkətlər
Bizi izləyin

Ekopublika.az

Təbiətin məhv etdiyi şirkətlər

Bir təyyarəsi Hind okeanı üzərində yoxa çıxan, digəri Ukraynanın şərqində vurulan “Malayziya Hava Yolları” şirkətinin vəziyyəti indiyədək fəlakətlər səbəbindən iflas edən biznes qurumlarının taleyini gündəmə gətirib.

Publika.az. fəlakətlərə tab gətirməyən 8 şirkətini təqdim edir.

Birinci sırada enerji şirkəti “Entegry” gəlir. 2005-ci ildə Amerikanın Nyu Orlean şəhərinə və ətrafına zərər vuran Katrina qasırğası səbəbindən iflas edib.

Zamanın ən böyük gəmisi “SS President” 1841-ci ildə 136 sərnişini ilə birgə okeanda itdikdən sonra daşıma şirkəti “British $ Amerika” iflasa uğrayır.

“Dijital” pul vahidi bitcoinin ən böyük istehsalçılarından olan “Japon MT.Cox” 450 milyon dollaqlıq bitcoinin hakerlər tərəfindən oğurlanmasından sonra fəaliyyətini dayandırdı.

Amerikada baş verən 11 sentyabr terrorundan sonra bir çox hava şirkətləri maliyyə çətinliyi ilə üzləşdi. 11 sentyabr “Vanguard Airlines” üçün səbir kasasını daşırdan son damla oldu.

Daha əvvəl 5 təyyarəsi qaçırılan “Trans World Airlines”in (TWA) 1996-cı ildə bir təyyarəsi də partlayandan sonra şirkət 2001-ci ildə öz iflasını elan etdi.

Kanadada vaqonun xətdən çıxması nəticəsində baş verən qəza “Montreal, Maine and Atlantic Railway”ə 200 milyon dollar zərər vurdu. 1 ay sonra şirkət iflas etdiyini bəyan etdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm