Güzəştli ipoteka kreditlərinin 20 milyon manatı xərclənməmiş qalır
Bizi izləyin

Ekopublika.az

Güzəştli ipoteka kreditlərinin 20 milyon manatı xərclənməmiş qalır

Cari ildə ipoteka kreditlərinin həcmi azalıb. Belə ki, 2014-cü ilin ikinci rübünə olan statistikaya əsasən, banklar (il ərzində) 487 461,3 milyon manat həcmində kredit veriblər.

İpoteka Fondundan Publika.az-a verilən xəbərə görə, cari ilin yeddi ayında banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 66.7 milyon manat olub. Göstərilən tarixdə sosial ipotekalar üzrə maliyyələşdirmə 20 milyon manat təşkil edib. 10 milyon manat ilin 3-cü ayında, növbəti eyni həcmdə məbləğ yeddinci ayında bölüşdürülüb. Yenidən maliyyələşdirilmiş ipoteka kreditlərin illər üzrə həcmi 101 616,6 milyon manat olub. Müvəkkil kredit təşkilatları tərəfindən 39944.0 milyon manat kredit verilib.

Qeyd edək ki, sosial ipoteka kreditləri üzrə cari ilin büdcəsindən 40 milyon manat vəsait nəzərdə tutulub. Ötən il banklar artıq iyul ayında bu kredit xətti üzrə maliyyələşdirməni bitirsələr də, cari ildə əks proses müşahidə edilir. Nəzərə alsaq ki, müvəkkil bankların hamısında iki aydır sosial ipoteka kreditlərinin verilişi dayandırılıb, bu halda büdcədən planlaşdırılan 40 milyon manatdan yarısı xərclənməmiş qala bilər.

Onu da bildirək ki, ilin ikinci rübünə 15031 nəfər ipoteka alıb. Güzəştli ipotekadan ən çox hərbi qulluqçular yararlanıb. Onların payı 81 faiz təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm