“Naftoqaz” Ukrayna şirkətinin ümumi borcu 5,3 milyard dollardır
Bizi izləyin

Ekopublika.az

“Naftoqaz” Ukrayna şirkətinin ümumi borcu 5,3 milyard dollardır

“Öhdəliklərə əməl edərsə, oktyabrda Rusiya Ukraynaya qaz tədarükünü bərpa edə bilər”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Qeyd edək ki, ötən həftənin cümə günü keçirilən üçtərəfli danışıqlardan sonra Ukrayna tərəfinin əvvəllər tədarük edilmiş qaz üçün 3 milyard dollar məbləğində borcu ödəmək öhdəliyi götürdüyü söylənilirdi. Avropa Komissiyasının sədr müavini Günter Ottinger Ukraynanın 2 milyard dolları 2014-cü ilin oktyabr ayının sonuna qədər, 1,1 milyard dolları isə 2014-cü ilin sonuna qədər ödəməli olduğunu demişdi.

Onun sözlərinə görə, ”Qazprom” ilk ödənişi aldıqdan sonra Ukraynaya min kubmetr qaz üçün 385 dollardan 5 milyard kubmetr qaz tədarük edəcək.

2014-cü ilin iyunundan “Qazprom” Ukraynanı əvvəlcədən ödəmə rejiminə keçirib. O vaxtdan qaz Ukraynaya faktiki olaraq tədarük edilmir. Qazprom şirkətinin təxminlərinə görə, “Naftoqaz” Ukrayna şirkətinin ümumi borcu 5,3 milyard dollardır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm