• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şumaxerin rəqibi, şeiri sevməyən, 25 quruşa xoşbəxtlik satan adam

Şumaxerin rəqibi, şeiri sevməyən, 25 quruşa xoşbəxtlik satan adam

“Forbes” in “Ən zəngin 100 türk” siyahısına görə, onun adı 3,7 milyard dollar sərvəti ilə birincidir. Pul ona atasından qalıb. Sərvətinin qaynağı isə şirniyyat istehsalıdır.

Söhbət “YıldızHoldinq”in “Ülkər” markasının sahibi Murat Ülkərdən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində Murat Ülkərin həyat hekayəsini təqdim edir.




“Biskivit baba”nın oğlu


Murad Ülkər Türkiyədə “Biskivit baba” kimi tanınan Səbri Ülkərin oğludur. Krım, Aluşta əsillidirlər. Ailəsi "Dövlətlər" adıyla tanınırmış. Babası Hacı İslam Əfəndi Fateh - müəllim işləyib. O, Trakyada krımlı mühacirlə evlənib.

İslam Əfəndi, Tekirdağ Sarayda işlədiyi zaman Balkan qarşıdurması səbəbindən İstanbula, oradan da Krıma qayıdırlar. “YıldızHolding”in yaradıcısı, M.Ülkerin atası Səbri Ülkər də 1920-ci ildə, məhz Aluştanın Korbek kəndində doğulur. Ailənin Türkiyəyə gəlişi Krımda Sovet Hökümətinin qurulmasından sonra baş verir. Təzyiqlərdən bezən ailə 1929-cu ildə İstanbula köçür.


1940-cı ildə Səbri Ülkər və qardaşı Asamın qənnadı sektoruna daxil olur. 1944-cü ildə də istehsal etdikləri məhsula “Ülkər” adını verərək marka kimi bazarda yerlərini tuturlar.

Onu da bildirək ki, indi 41 min nəfər işçisi olan holdinqin yaradıcısı Səbri Ülkər işə 3 nəfərlə birgə gündəlik 200 kilo biskvit istehsal etməklə başlayıb.


Evin kiçiyi varis olur


Murad Ülkər Səbri - Ülkərin üç övladından ən kiçiyidir. Litsey təhsilini İstanbul Erkek Liseyində, ali təhsilini Boğaziçi Universitetində alıb. 1982-ci ildə iş həyatına başlayan Murad əvvəl xaricdə müxtəlif peşə kurslarında oxuyub. İki il müddətinə Orta Şərqdə ixrac sahəsində işləyib. ABŞ və Avropada üç biskvit və şokolad-qida sektoru ilə bağlı 60-a qədər fabrik və müəssisədə araşdırmalar aparıb. Atasının şirkətində ilk işinə idarə koordinatoru kimi başlayıb. 2000-ci ildə “YıldızHoldinq”in İcra Təşkilatının rəhbəri vəzifəsinə keçən M.Ülkər 2008-ci ildən İdarə heyətinin rəhbəri olub. Hələ də bu vəzifəsində qalır.



İş həyatı


Murat Ülkər iş həyatını belə nəql edir: “İş həyatına çox erkən yaşlarımdda başlamışam. Böyük qardaşım Əli Ülkər 8 yaşında ikən vəfat etdi. Beləliklə, üzərimə düşən məsuliyyətdən irəli gələrək erkən yaşlarımdan biznesə daxil oldum. Amma atamın yanında deyil, başqa bir yerdə işləməyi düşündüm. Bu mövzuda maraqlı xatirəm də var. Boğaziçi Universitetində master təhsili alırdım. İki A qeydi almışdım. Müəllimimiz mənə iş təklif etdi. Ona “işim var" deyib təşəkkür etdim. Buna baxmayaraq, tövsiyə etdiyi şirkətə transfer olmağımda israr etdi. Hətta “de görüm harada işləyirsən” deyə sual da verdi. “Ülker”də işlədiyimi bildirdim. Müəllim cavabında "burax o Hacı, müəllim şirkətini" dedi. Mən də "Hacı əmim (Asam Ülkər - red.), müəllim də atamdır (Səbri Ülkər - red.)” deyə onun diqqətinə çatdırdım. Əslində, atam həkim olmağımı istəyirdi. Buna o, "özünlə birlikdə hər yerə apara biləcəyin peşə" deyirdi. Fikirləşməyim üçün zaman verdi. Həkimliyin riskli peşə olması və çox uzun müddət təhsil tələb etməsi səbəbindən bundan imtina etdim. Həkimlikdə səhv etmək kimi şansın yoxdur. Kiçik səhv hasısa insanın canı bahasına başa gələ bilər... Elektronika və mühəndisliklə çox maraqlanırdım. Ancaq təhsilin çətinliyi səbəbindən bundan da imtina etdim. Nəticədə idarəetmə üzrə təhsili seçdim. Çünki bir menecer ən pis ehtimalla şirkəti batırar. Onu da yenidən qurtarmaq mümkündür".


“Yatmağı bilməyən qalxmağı bilməz”


"Hazırda “YıldızHoldinqdə” bacım (Ahsansa Özokur) və mən iki böyük ortağıq. İkimiz də bir ailə şirkəti qurduq. Mənim şirkətimin adı "Üs", bacımın şirkəti isə "Kökler"dir. Bu şirkətlər üzərindən "YıldızHoldinq"ə ortağıq. Atamın iş həyatımızı şəkilləndirən bir çox tövsiyyələri olub. Buna əməl edirik. Məsələn, Səbri Ülkər heç vax yığıncağı uzatmazdı, görüşə gecikməzdi, səhər tezdən qalxıb işçilər gəlməzdən əvvəl fabrikdə baş çəkərdi. “Yatmağı bilməyən qalxmağı bilməz” deyərdi. Onu görməyə gələnləri gözlətməyi sevmirdi. İclasda olsa belə, Anadoludan gələn baqqalı, biznesmeni özü qarşılayıb dinləyərdi. Təvazökarlıq onun üçün çox əhəmiyyətli idi. Qazandığımızı işə yatırmağımızı tövsiyə edirdi”.



Ailəsi



Murad Ülkər tibb doktoru, prof. Asaf Atasevenin qızı Betül Atasevenlə evlidir. Yəhya (d. 1993) və Mustafa ilə Fateh (əkizdirlər, təvəllüdləri 2000-ci il) adlı üç oğulu var. Evliliyinin məhəbbət, yoxsa məntiq üzərində qurulması yönündə suallara iş adamı belə cavab verir: “Həyat yoldaşımla ingilis dili kursunda tanış olmuşuq. Evliliyimizin əsası illər əvvəl qoyulub. 35 ildir evliyik. Biz bir-birimizi sevirik. Eşq fədakarlıqdırsa, bu var”. Etdiyi ən əhəmiyyətli fədakarlığa gəlincə “reklamlara girməyərək, belə deyək də, məsələn, evlənəndən sonra harasa getməmişik. Yəni bal ayı əvəzinə qaynanaları istirahətə göndərmişik. Çünki çox yorulmuşdular. Həyat yoldaşıma dedim ki, harasa getsək, səs-küy, yol bizi yoracaq. İstanbul qədər gözəl yer yoxdur, qalaq burda, tətilə analarımızı göndərək. Gələcəkdə getdiyimiz hər səyahəti də bal ayı kimi qeyd edərik. Ona görə də indi hara getsək, bizim üçün bal ayıdır".



Evə çörəyi özü alır



“ÜlkerGroup”un ailə üzvləri ictimaiyyət arasında elə də tanınmırlar. Mediadan uzaq durmaq ənənəsi Səbri Ülkərlə başlayıb. Zamanında rəhbərləri - əvvəlcə atas, indi isə oğlu ilə ən tez əlaqəni topdansatış menecerləri yarada bilir. Konkret, Murad Ülkər medianın qarşısına ilk dəfə 2006-cı ilin dekabrında mətbuat konfransında çıxıb. O zaman da şəklinin çəkilməsinə icazə verməyib: "Küçədə rahat gəzmək istəyirəm. Tanınmaq xoşuma gəlmir. Sadə həyatı sevirəm. Evə çörəyi hələ də özüm təndirxanadan alıram”.



“Mixail Şumaxerin bacardıqlarının 60 faizini edə bilirəm”

Milyarderin hobbiləri arasında ailəsiylə səyahət etmək üstünlük təşkil edir.



Onun həm də sənət kolleksiyası var.



M.Ülkərlə bağlı daha bir maraqlı fakt onun Türkiyənin baş naziri Əhməd Davudoğlunun lisey yoldaşı olmasıdır. Ayrıca qardaşı oğlu Əhməd Özokur - Davudoğlunun qızı Səfurə ilə evlidir.



M.Ülkər sürəti sevən şəxsdir: “Xaricə gedəndə yarış avtomobillərindən istifadə edirəm. Mixail Şumaxerin bacardıqlarının 60 faizini bacarıram. Əvvəllər dəniz səyahətini sevirdim. Bu, ovdan daha zövqverici idi. O zaman düşündüm daha nə edə bilərəm. “Vodafon”nun direktoru ilə görüşmüşdüm. Dedi ki, dostu ilə avtomobil yarışı təşkil edirlər. Mənim də buna maraqlı bir dostum vardı. Təklif etdim, İspaniyada, Almaniyada, Türkiyədə yarışdıq. Hər növ “Ferrari”lərlə. Düzdür, yarışdan sonra avtomobillər təmirə gedir, amma...”.



Bununla belə, milyarder hər hansı yarış avtomobilinə sahib olmadığını bildirir. Onun sözlərinə görə, yarışdığı maşınları kirayə götürür.



Həyat fəlsəfəsi nədir?


3,7 milyard sərvəti olan birinin belə bir suala cavabı daim maraq kəsb edib. M.Ülkərin bu haqda dedikləri: ”Həyat fəlsəfəm: Ölsəm...

Yəni həyatda yalnız nəfəs almaqdan başqa mənalı şeylər etmirsinizsə, yaşamağınızın mənası yoxdur. Yatarsan - oyanarsan, acarsan - yeyərsən. Səfil bir həyatın içindəyik. Həyatı səfilləşdirən - xoşbəxt olacağımız şeyi tapa bilməmək deyil. Ancaq nəticədə bir sonu yoxdur. Yəni nəyə qovuşsanız, qovuşun, bu, bir şəkildə bitir və yeni bir həvəs başlayır. Gülünc olan budur”.


"Sizin üçün çata bilmədiyiniz, qeyri-mümkün olan nəsə varmı" sualına “var, məsələn, sabah işə getməmək”, - deyə cavab verir. Bunun nə üçün qeyri-mümkün olmasına gəlincə, o, "çünki iş həyatımızı əhatə etmiş vəziyyətdədir" söyləyir: “Həyatım boyunca tətilə çıxmamışam. Tətilim ancaq həftə sonunda, özü də cəmi bir gündür. Nəsə etmədən dayana bilmirəm. Bir də 25 quruşa xöşbəxtlik satıram, bunu buraxıb tətilə necə gedim?”


Şeirlə arası yoxdur



Kitab oxumağı sevən, Burhan Doğançayın ”Mavi Simfoniya” adlı əsərini 2.2 milyon lirə ödəyib satın alan M.Ülker şeirin bu sırada istisna təşkil etdiyini söyləyir: “Mən incə adam deyiləm. Şeiri başa düşmürəm. Mənim gözəl adlandırğımı şeirlərə dostlarım “bu, şeir belə deyil” deyə bildirirlər.


Murad Ülkər işdə



Bu arada iş yoldaşları Murad Ülkərin yaddaşına heyran olduqlarını söyləyirlər. Deyilənə görə, 41 min nəfər işçiyə malik Murad onların çoxunu adla tanıyır. Bundan əlavə, işə götürülən adamları özü sorğu-sual edir. Hətta qrupdan olmayan üst səviyyə müdirləri, yaxşı təhsilli gəncləri bir müddət yanında assistent olaraq işlədir. Sonra həmin adama görə vəzifə müəyyən edir.


“Forbes”



Jurnalın qiymətləndirməsinə görə, iş adamının 2013-cü ildə sərvətinin həcmi 3,1 milyard dollar olub. O, bununla Türkiyənin ən varlı dördüncü adamı elan edilmişdi. 2014-cü ildə bu rəqəm 3,7 milyard dollar təşkil edib. M.Ülkər hazırda Türkiyənin ən varlı şəxsidir. Ötən il onun rəhbərlik etdiyi şirkətin gəlirlərinin həcmi 15,7 milyard, xalis gəliri 587 milyon tl təşkil edib. ”YıldızHolding”in 58 istehsal fabriki var. Şirkət 49 sektorda fəaliyyət göstərir. Məhsullarını 80-dən artıq ölkəyə ixrac edir.



Murat Ülkərin rəhbərliyi dövründə şirkət bir sıra uğurlara imza atıb. 1995-ci ildə yaradılan "ŞOK Marketlər T. MMM." “YıldızHolding” tərəfindən 2011-ci ilin avqustunda satın alınıb. M.Ülkər 2012-ci ildə "Bizim Restoran" adını verdiyi bir restoran açıb, "PendikMarintürk"ü satın alıb.



2007-ci ildə dünya şokolad markası “Godivanı” 850 milyon dollara satın alan “YıldızHolding” bir çox xarici şirkətlə ortaq sərmayələrə də imza atıb. 2008-ci ildə satın aldığı birinci növ şokolad markası “Gopa”nın ardından 2013-cü ildə ABŞ-ın köklü şokolad şirkəti “DeMet'sCandyCompany” ni satın alıb. Onun amerikalı markaya 221 milyon dollar ödədiyi deyilir.





Leyla Əliyeva






Xəbər lenti

DAHA ÇOX XƏBƏR