Azərbaycanın vergi sistemi ilə bağlı Forum işə başlayıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycanın vergi sistemi ilə bağlı Forum işə başlayıb

"Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda III Vergi Forumu işə başlayıb

Fevral ayının 6-da Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda 2 günlük Vergi Forumu öz işinə başlayıb.

Forumun “Vergi inzibatçılığında partnyorluq münasibətləri” və “Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu” adlı sessiyalarında dövlət orqanlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının,

Niderland Krallığının, Türkiyə, Gürcüstan və Qazaxıstanın vergi qurumlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak ediblər.

“Vergi inzibatçılığında partnyorluq münasibətləri” adı altında, vergilər nazirinin müşaviri Akif Musayevin, Türkiyə Gəlirlər Administrasiyası rəhbərinin müavini Mehmet Atuğun və “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə keçirilən sessiyada Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev, “Risklərin idarə edilməsı və partnyorluq”, Azərbaycan Respublikası Mərkəzi Bankın Pul siyasəti departamentinin direktor müavini Fəxri İsmaylov “Vergi öhdəliklərinin icra modeli”,

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov “Bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması”, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə “Dövlət və bələdiyyələr arasında iqtisadi münasibətlər” mövzularında çıxışlar ediblər.

“Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu“ adlı, vergilər nazirinin müşaviri Asəf Əsədovun, Beynəlxalq Maliyyə Korporasiyasının vergilər üzrə regional koordinatoru Maykl Engelşalkın və Azərbaycanda Amerika-Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlunun moderatorluğu ilə keçirilən ikinci sessiyada Asəf Əsədovun “Müasir vergi inzibatçılığının inkişafında bilik menecmentinin rolu”, Maykl Enqelşalkın “Kiçik və orta müəssisələr üçün informasiya texnologiyalarına əsaslanan vergiyə əməletmə sisteminin yaradılması”,

Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndəsi, “Azerfon” şirkətinin baş direktoru Kent Maknillinin “Nağdsız ödəniş sistemləri”, Gürcüstan Gəlirlər Xidmətinin İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Vaxtanq Laşkaradzenin “Vergi sistemində elektron xidmətlər”, “Ernst&Young” Audit Şirkətinin partnyoru Arzu Hacıyevanın “Neft-qaz sektorunda korporativ vergi menecmenti və vergi risklərinin idarə edilməsi”,

“PricewaterhouseCoopers” Audit Şirkətinin vergi direktoru Arif Quliyevin “İstehsal və xidmət sahələrində korporativ vergi menecmenti və vergi risklərinin idarə edilməsi”, “Deloitte&Touche” Audit Şirkətinin partnyoru Nuran Kərimovun “Maliyyə sektoru sahəsində vergi menecmenti və vergi risklərinin idarə edilməsi”, “GBRS” şirkətinin idarəedici partnyoru Elşən Rəhimovun “Azərbaycanda mühasibat uçotunun mövcud vəziyyəti və inkişaf yolları” və Türkiyə Gəlirlər Administrasiyasının Qrup rəhbəri Ahmet Kurtun “Ödənişi qeydə alan cihazlar” mövzusunda çıxış və təqdimatları da dinlənilib.

Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılıb. Forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər.

"Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda III Vergi Forumu sabah öz işini plenar iclasla davam etdirəcəkdir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm