Ekopublika.az
“Cənub Axını”nın qiyməti iki dəfə bahalaşıb
”Cənub Axını” layihəsinin dəyəri ilkin dəyərləndirmə ilə müqayisədə 47% artaraq, 23,5 milyard avro ( cari kurs ilə $29,8 milyard) olub.
Publika.az-ın məlumatına görə, bu barədə “İnterfax” agentliyi “Qazprom” şirkətinin maliyyə və iqtisadiyyat departamentinin müdir müavini Aleksandr İvannekova istinadən məlumat yayıb. İvannekovun sözlərinə görə, layihənin dəniz hissəsinin inşası 14 milyard avroya, Avropada quru hissəsinin inşası isə 9.5 milyard avroya qədər bahalaşıb. Boru kəmərinin inşası üçün “Qazprom” Rusiyanın ixrac kredit və sərmayələrin slğortası agentliyinin (EKSAR) zəmanətini cəlb etmək istəyir.
“Cənub Axını” Ukraynadan yan keçməklə 61 milyard kubmetr qazı Avropaya nəql etməyi nəzərdə tutur. Kəmərin Qara dənizin dibi ilə keçən hissəsini “South Stream Transport”, quru hissəsini isə “Qazprom”un kəmərin keçəcəyi ölkələrin şirkətləri ilə birgə müəssisəsi tikəcək.
Boru kəmərinin tikintisi Avropa qanunvericiliyinə zidd olduğu üçün Avropa Komissiyası inşanı ləngidir. İyulda Bolqarıstan boru kəmərinin inşasını Avropa Komissiyasının tələbi ilə müvəqqəti dayandırıb.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."