BTC ilə nefti nəqli 3,1% azalıb
Bizi izləyin

Ekopublika.az

BTC ilə nefti nəqli 3,1% azalıb

2014-cü ilin yanvar-sentyabr aylarında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə 21 mln. 844,191 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 3,1% azdır.

Publika.az Dövlət Neft Şirkətinə istinadən bildirir ki, 2014-cü ilin sentyabr ayında BTC boru kəməri ilə 2 mln. 285,783 min ton, ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il) cari ilin oktyabr ayının 1-dək isə 257 mln. 160,695 min ton neft nəql olunub. Cari ilin sentyabr ayında BTC neft kəməri ilə 385,597 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Ötən ay Ceyhan neft terminalından 2 mln. 543,390 min ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-sentyabr aylarında terminaldan 22 mln. 125,785 min ton neft nəql edilib. Ümumilikdə BTC-nin istismara verildiyi vaxtdan 255 mln. 269,699 min ton Azərbaycan nefti yola salınıb.

Məlumat üçün bildirək ki, layihənin iştirakçıları BP (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%); “Total” (5.00%) və “ONGC” (2.36%) şirkətləridir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm