Gürcüstana 1 milyard dollara yaxın investisiya qoyulub
Bizi izləyin

Ekopublika.az

Gürcüstana 1 milyard dollara yaxın investisiya qoyulub

Son 3 il ərzində Azərbaycanın Gürcüstana birbaşa xarici investisiyaları 400 milyon dolları ötüb.

Publika.az-ın xəbərinə görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, Dövlət Neft Fondunun investisiyaları nəzərə alınmaqla, 2006-cı ildən etibarən Gürcüstana 900 milyon dollardan artıq investisiya yatırılıb. Bu isə 7 mindən artıq iş yeri yaratmağa imkan verib.

Gürcüstanda 300-dən çox Azərbaycan şirkəti daimi əsasda fəaliyyət göstərir. Azərbaycanda Gürcüstan kapitalı ilə 194 şirkət qeydiyyatdadır. Onlar əsasən xidmət, həmçinin nəqliyyat, kənd təsərrüfatı, energetika sektorlarında fəaliyyət göstərirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm