Ekopublika.az
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sınaq qatarı yola salınacaq
Bu il Bakı-Tbilisi-Qars dəmir yolu ilə sınaq qatarı yola salınacaqdır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin plan üzrə getdiyini vurğulayan Q.Nəzirov demişdir ki, bu il Bakıdan Türkiyəyə ilkin olaraq işçi qatarın yola salınması planlaşdırılır. İlin sonuna nəzarət qatarını sərhədə qədər göndərə biləcəyik. Gələn ildən isə dəmir yolunun tam istismara verilməsi gözlənilir.
Bildirilmişdir ki, əlverişsiz hava şəraitinə baxmayaraq tikinti işləri Gürcüstanın Marabda-Axalkalaki sahəsində işlər hazırda davam etdirilir. Axalkalaki stansiyasının da tikintisi aparılır.
Q.Nəzirov demişdir ki, relyefdən asılı olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun layihə üzərində bir neçə dəfə dəyişiklik edilmişdir və bu səbəbdən yolun tikintisində bəzi gecikmələr olmuşdur.
Görülən işlər nəticəsində dəmir yolu istismara verildikdən sonra qatarlar hava şəraitindən asılı olmayaraq normal hərəkət edə biləcəkdir.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ